Xəbərlər

AFFA Bakı klubunu çempionatdan kənarlaşdırdı
04 iyun, 2014 13:04

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

ERtv xəbər verir ki, iclasda həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyunu ilə bağlı sərt qərarlar qəbul olunub.

Məlumata görə, 28 may tarixdə baş tutan “Binə”–“Çağırğan” oyununun 113-cü dəqiqəsində Bakı klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı. 114-cü dəqiqədə “Binə” klubunun azarkeşləri meydana daxil olaraq rəqib komandanın futbolçularına hücum ediblər. Buna cavab olaraq “Çağırğan”ın azarkeşləri də meydana daxil olub və tərəflər arasında insident yaşanıb. Hakim, polis və Azərbaycan Həvəskar Futbol Federasiyası (AHFF) nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilib. Oyunsonrası mükafatlandırma mərasimində “Binə”nin bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atıblar.

Qurumun bu faktlarla bağlı qəbul etdiyi qərarlara görə, “Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışları və 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarından kənarlaşdırılıb. Həmçinin “Binə” klubunun baş məşqçisi Məmmədəli Ağatalıbovun növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulub,

Digər qərara əsasən, Sabirabadın “Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.