Muslera reklam filmində Azərbaycan mahnısı oxudu
04 iyun, 2014 13:03
Uruqvaylı qapıçı “Ayrılıq” mahnısından bir hissə oxuyub.
ERtv xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubunun qapısını qoruyan Fernando Muslera “McDonalds”ın hamburger reklamına çəkilib.
Məşhur qapıçı reklamda musiqisi Əli Səlimiyə, sözləri Rəcəb İbrahimiyə məxsus olan “Ayrılıq” mahnısından bir hissə oxuyub.