Xəbərlər

Əli Hüseynli: “Aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərilməsi mexanizmi haqda düşünmək lazımdır”
04 iyun, 2014 13:02

“Azərbaycanda hakimlərin sayı həqiqətən də bir neçə il əvvəl az idi, amma ölkədə keçirilən məhkəmə-hüquq islahatları nəticəsində onların sayı son illər kifayət qədər artdı”.

Bunu ERtv-yə açıqlamasında Məhkəmə-Hüquq Şurasının üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidilə gətirib.

“İndi hakimlərin sayına görə bizim orta Avropa göstəricimiz var. Bu, normaldır”, - deyən komitə sədrinin sözlərinə görə, bununla belə, hakimlərin işi yenə də çoxdur və çoxalmağa da doğru gedir.
 
“Ona görə məhkəmə-hüquq islahatları nəticəsində gələcəkdə mübahisələrin məhkəməyə qədər həlli mexanizmləri barəsində də düşünmək lazımdır”, - deyə Ə.Hüseynli bildirib.

Azərbaycanda vəkillərin sayının az olması ilə bağlı deyilənlərə gəlincə, komitə sədri bu yöndə səslənən fikirlərlə razılaşdığını bildirib.

“Bu sahədə də ölkəmizdə bir sıra ciddi tədbirlər görülür. Vəkillər indi testlə işə qəbul olunur, onların sayları əvvəlki illərə nisbətən çoxalıb. Amma bu barədə əvvəllər də söyləmişik ki, bu yöndə bir sıra işlərimiz var ki, indi də davam edir.

Eyni zamanda, pulsuz hüququ yardım, əhalinin, xüsusən aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərilməsi mexanizmi barədə düşünmək lazımdır və bu barədə də düşünürük. Amma, əlbəttə ki, bu özü də dövlət büdcəsindən kifayət qədər böyük vəsait tələb edir.

Ona görə belə hesab edirəm ki, əgər gələcəkdə məhz Ədliyyə Nazirliyinin yanında əhaliyə - xüsusilə, regionlarda - pulsuz hüquqi yardımla bağlı belə bir qurum olarsa, onda həm insanların müdafiə hüququ daha səmərəli təmin olunacaq, həm də məhkəmə mübahisələrinin sayı azalacaq, işimiz bir qədər də az olacaq. Bu da öz növbəsində nəticə etibarı ilə daha keyfiyyətli məhkəmə proseslərinə öz töhfəsini vermiş olacaq”, - deyə komitə sədri qeyd edib.

Bununla yanaşı, komitə sədri açıqlamasında “ailə vəkili” məsələsinə də diqqət çəkib.

“Bir çox sivil ölkələrdə ailə vəkilinin olması vətəndaşları həm də bahalı və uzun məhkəmə prosedurlarından çəkindirir. Bununla həmin ailənin, vətəndaşın yaxşı, peşəkar hüquq təminatı yaranmış olur, yəni, ailə vəkili, şəxsi vəkil tutması ilə artıq vətəndaş özü birbaşa məhkəmə mübahisəsinə getmir.

Eyni zamanda, hər kəs bilməlidir ki, məhkəmə proseduru, məhkəmə mübahisəsi uzun sürən bir prosesdir. O, rüsumlar ödənilməsi ilə həyata keçirilir. Yəni, bu, asan bir proses deyil. Ona görə ailə vəkili institutundan da yararlanmağın çox böyük üstünlükləri var”, - deyə Ə.Hüseynli daha sonra sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.