Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
01 iyun, 2014 12:47

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, iyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində adi silahlara nəzarət üzrə informasiya mübadiləsi və NATO qərargah zabitləri üçün tanışlıq kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Yunanıstanın Xaniya şəhərində “Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə” kursu keçiriləcəkdir.
Hərbi qulluqçularımız iyunun 6-dək Sloveniyanın paytaxtı Lyublyanada informativ hərbi attaşe həftəsində və “Adriatik Strike- 2014” təlimində müşahidəçi qismində iştirak edəcəklər.

Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən, iyunun 13-dək bu ölkənin Predeal şəhərində axtarış və xilasetmə, Budapeştdə qərargah zabitləri üçün hərbi terminologiya, Polşanın Kielce şəhərində “NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi” kursları təşkil olunacaqdır.

İyunun 20-dək isə Macarıstanın Szolnok şəhərində “27-ci Beynəlxalq hərbi müşahidəçi” kursu, Almaniyanın Qarmiş- Partenkirxen şəhərində dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.