İtaliyanın “L’ultima ribattuta” xəbər saytında İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldinin və qurumun məsləhətçisi, iqtisadi və maliyyə məsələləri üzrə ekspert Renato Siniskalkinin ölkəmizlə bağlı fikrilərinin yer aldığı məqalə yerləşdirilmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, yazıda vurğulanır ki, zəngin enerji ehtiyatları, mədəniyyət, ən son texnologiyaların tətbiqi, elmi araşdırmalar və digər sahələr Azərbaycanda sürətlə inkişaf edən sektorlardır.
M.Traldinin demişdir ki, Azərbaycan ilə İtaliya arasında tərəfdaşlıq əlaqələrinin təbliği böyük əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlər dinamik inkişafdadır. Hər iki ölkənin sərmayəçiləri sənaye, texnologiya, kənd təsərrüfatı, telekommunikasiya və digər sahələrdə birgə layihələr həyata keçirməkdə maraqlıdırlar. Azərbaycanda mövcud əlverişli investisiya mühitindən söhbət açan M.Traldi vurğulamışdır ki, bu ölkədə investisiyaların qorunması üçün müxtəlif qanunlar qəbul edilmişdir.
Yazının müəllifi R.Siniskalkinin sözlərinə istinadla oxucuların diqqətinə çatdırır ki, Azərbaycan ən böyük neft istehsalçılarından biri kimi həm Avropa, həm də dünya üçün olduqca önəmli ölkədir. Bu baxımdan, Azərbaycanın İtaliya ilə əlaqələri də vacibdir. Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün əvəzsiz şərait yaradılmışdır.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.lultimaribattuta.it/3688_baku-terreno-fertile-per-imprese