Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ayutov Davud Xasyanoviç
Cəfərov İlham Müzəffər oğlu
Dbila Jaouad
Xəlilov Yaşar Fərəməz oğlu
Məmmədov Nazim Abdin oğlu”.
Dövlət başçısının imzaladığı digər bir sənədə əsasən bir qrup aviasiya işçisiтэ fəxri adlar verilib:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Mühəndis”
Əmiraslanov Valeh Şamil oğlu
“Əməkdar Pilot”
Əhmədov Səyəddin Əhmədoviç
Novruzov Bəhlul Süleymanoviç
Rublyov Serqey Yuryeviç
Talonin Anatoliy Mixayloviç
“Əməkdar Həkim”
Bağırova Nadejda Qurbanovna".