Xəbərlər

İsveçrə Prezidenti Didye Burkhalterin rəsmi qarşılanma mərasimi olub
02 iyun, 2014 19:34

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin iyunun 2-də rəsmi qarşılanma mərasimi olub.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə Prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.