Brüsselin divarlarında Vüqar Həşimovun qraffitiləri peyda olub
02 iyun, 2014 19:32
"Küçə sənəti" (street art) ilə məhşur olan Brüsselin divarlarında artıq Vüqar Həşimovun da simasına rast gəlmək mümkündür.
ERtv eunews.az-a istinadən bu ilin yanvarında 28 yaşında dünyasını dəyişmiş azərbaycanlı qrossmeystrin qraffitiləri şəhərin bir neçə hissəsində naməlum artist tərəfindən çəkilib.
Qraffitidə "RİP Gashimov", yəni "Yerin behişt olsun, Həşimov" yazılıb.
Xatırladaq ki, Vüqar Həşimov Brüssel küçələrini bəzəyən ilk azərbaycanlı deyil. Cazzmen Əzizə Mustafazadənin də Belçika paytaxtında "öz divarı" var.