Xəbərlər

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
02 iyun, 2014 19:24

Kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk ilə görüşüb.

Nazirlikdən ERtv-yə verilən məlumata görə, görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq perspektivlərinin, o cümlədən  Azərbaycanda ənənəvi taxılçılıq təsərrüfatlarının təkmilləşdirilməsi, konsepsiya sənədinin müzakirəsi və görüşün nəticələrinə dair  protokolun imzalanması olub.

Kənd Təsərrüfatı Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının qurumları arasında mövcud əməkdaşlıq  və onun gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə  mövcud əməkdaşlığı yüksək qiymətləndirib, yeni inkişaf istiqamətlərinin müəyyən olunduğunu nəzərə çatdırıb.

Nazir  Heydər Əsədov taxılçılıq sahəsində əməkdaşlığın prioritet bir sahə olduğunu, ənənəvi taxıl sortları barədə məlumat bazasının yaradılmısının, qorunub saxlanılmasının, toxumçuluq bazasının yaradılmasının və ən başlıcası elektron kənd təsərrüfatı sisteminin qurulmasının vacibliyini qeyd edib.

Antonius Bruk keçirilən bu görüşün kənd təsərrüfatı strategiyasının hazırlandığı bir vaxta təsadüf etdiyini bildirərək bu strategiyanın hazırlanmasında müxtəlif beynəlxalq təşkilatların iştirakını müsbət qiymətləndirib.

Antonius Bruk iki mühüm məsələ - elektron kənd təsərrüfatı sisteminin və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa dair təkliflərin hazırlanmasını, bu məqsədlə yeni görüşlərin keçirilməsini və işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.

Yekunda görüşün nəticələrinə dair  protokol imzalanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.