“Şaxtyor”un bazası döyüş meydanına çevrilib
31 may, 2014 22:53
Ukraynanın “Şaxtyor” futbol klubunun məşq bazası ərazisində döyüşlər gedir.
ERtv “İnterfax”a istinadən xəbər verir ki, eyni zamanda Donetsk hava limanı ərazisində Ukrayna qoşunları ilə separatçılar arasında ağır döyüşlər gedir.
Məlumata görə, səmada vertolyotlar dövr edir, partlayış səsləri eşidilir. Ölən və yaralananlar barədə xəbər yoxdur.