Yanvar-aprel ayları ərzində Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 916 mln. 173.01 min dollara çatıb.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 222 mln. 750.34 min dolları Azərbaycan MDB ölkələrinə ixracın payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ixracın 54,4 faiz azalması deməkdir.
Həmçinin azalma MDB-dən Azərbaycana mal idxalında da müşahidə edilib. Belə ki, idxal illik 13,75 faiz azalaraq 693 mln. 422.67 min dollara düşüb.
Qeyd edək ki, yanvar-aprel ayları ərzində Azərbaycan 122 ölkə ilə 9 mlrd. 890 mln. 903, 95 min dollar həcmində ticarət əməliyyatı həyata keçib. Bu da illik 14,46 faiz azalma deməkdir.
Ticarət dövriyyəsinin 7 mlrd. 156 mln. 150,99 min dollarını Azərbaycandan həmin ölkələrə ixrac təşkil edib. Və ixracda ötən ilin müvafiq dövrü ilə müqayisə 14,98 faiz azalma qeydə alınıb. Bildirək ki, bu müddətdə Azərbaycandan 1 292 çeşiddə məhsul ixracı həyata keçilib.
Həmçinin ilk dörd ayda idxal əməliyyatlarının həcmi də illik 13,07 faiz azalaraq 2 mlrd. 734 mln. 752,96 min dollara düşüb. Bu müddətdə isə ölkəyə 4801 çeşiddə mal idxal olunub.