Azərbaycan futbolçusu möhtəşəm qol vurdu
30 may, 2014 19:01
Ötən gün AFFA-nın təşkilatçılığı ilə keçirilən “IV Caspian Cup” beynəlxalq turniri çərçivəsində 17 yaşlılardan ibarət Azərbaycan yığması Bolqarıstanla qarşılaşıb.
ERtv xəbər verir ki, komandamız oyuna əlavə olunmuş vaxtın 1-ci dəqiqəsində qələbə topunu vurub. Kazim Birkan 82-ci dəqiqədə topa yiyələnərək möhtəşəm qola imza atıb.
Qeyd edək ki, turnirdə 12 komanda 4 qrupda mübarizə aparır.