Xəbərlər

Azərbaycan üzüm şərabı istehsalını artırıb
30 may, 2014 21:55

Yanvar-aprel aylarında qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 871,2 mln. manat həcmində məhsul istehsal edilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,2 faiz, tütün məmulatlarının istehsalında 11,6 faiz artım, içki istehsalında isə 7,9 faiz azalma müşahidə olunub.

Bu müddətdə 2,9 min dkl şampan şərabı, 198,5 min dkl üzüm şərabı, 1300,4 min dkl pivə istehsal olunub. Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə üzüm şərabı istehsalında  31 faiz artım qeydə alınıb. Əksinə şampan şərabı və pivə istehsalında isə müvafiq olaraq 58,6 faiz  və 17,5 faiz azalma müşahidə olunub.

Alkoqolsuz içki istehsalı da illik 2,4 faiz azalaraq 5 372,2 min dkl-ə, araq istehsalı isə 29,4 faiz azalaraq 218,2 min dkl-ə düşüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.