Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə “SOCAR Energy Turkey” şirkəti İzmirdə yerləşən “Star” neft emalı zavodu layihəsinin tikintisi üçün müqavilə imzalayıb.
ERtv xəbər verir ki, 23 maliyyə institutu ilə imzalanan müqavilənin ümumi dəyəri 3,290 milyard dollar təşkil edir.
Kreditin 2,690 mlrd. dolları ilk 4 ili güzəştli olmaqla 18 il müddətinə verilib.
Kreditin qalan 600 mln. dollarlıq hissəsi isə 4 il güzəştli olmaqla 15 il müddətinə ayrılıb.
Qeyd edək ki, İzmirdə inşa edilən “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub.
Zavodun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir.
İldə 10 milyon ton istehsal gücünə malik olacaq STAR zavodunda “Ural”, “Azəri Light” və “Kərkük” kimi neft markaları emal ediləcək.
Zavodun 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir.