Azərbaycanın müdafiə nazirinin Gürcüstana səfəri başlayır
29 may, 2014 14:30
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə bu gün Gürcüstana rəsmi səfəri başlayır.
ERtv-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Səfər mayın 30-dək davam edəcək.