Xəbərlər

Fransua Olland: Ümid edirəm ki, Azərbaycan müasirlik və rifah yolunda irəliləməyə davam edəcək
29 may, 2014 14:28

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə 28 may – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:

“Cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.

Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcək.

Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaq.

Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik.

Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.

Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.