Qaz ölçü qovşaqlarında görülən işlər ilə əlaqədar bu gün saat 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, qaz nəqli sistemində təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar Hacıqabul rayonunun bir hissəsinə təbii qaz təchizatında fasilə yaranacaq.
ERtv Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, eyni zamanda qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının quraşdırılması, Tovuz şəhərində abadlıq işləri ilə bağlı 200 mm-lik polietilen qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Tovuz 2-ci xətt” qaz olşü qovşağından qidalanan əhali və sənaye qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar 18:00-dək Şabran rayonuna və Tovuz rayonunun bir hissəsinə qaz təchizatında fasilə yaranacaq.
Eləcə də Xətai rayonundakı 11 saylı məktəbin qazlaşdırılması üçün çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 16:00-dək Xətai rayonunu bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.