Prezident İlham Əliyev Neftçala rayonunda səfərdədir
28 may, 2014 17:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gəlmişdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.