Azərbaycan millisi bu gün növbəti matçını keçirib.
ERtv Apasport.az saytına istinadən xəbər verir ki, yığmamız 2014-cü ildə 2-ci yoxlama matçında qüvvəsini sınayıb.
Martın 5-də Filippinlə qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Berti Foqtsun yetirmələri bu dəfə ABŞ-la üz-üzə gəlib. Gələn ay Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşan “yankilər”lə qarşılaşma yığmamızın məğlubiyyəti ilə nəticələnib.
74 dəqiqə rəqibin təzyiqinə davam gətirən komandamız heç-heçəni qoruya bilməyib. 7 dəqiqə ərzində 2 top buraxan komandamız ardıcıl iki “quru” oyundan sonra qapısında qol görüb.
Yurgen Klinsmannın yetirmələri isə mundialda iştiraka layiq olduğunu sübut edib. Amerikalılar Türkiyə və Nigeriya ilə yoxlama oyunları oyunlar öncəsi daha ayxşı əhval-ruhiyyə gətirəcək nəticə əldə edib.
Qeyd edək ki, Foqts dünya çempionatı zamanı ABŞ yığmasında məsləhətçi kimi çalışacaq.