Xəzərin Azərbaycan sektorunda zəlzələ olub
28 may, 2014 17:45
Xəzər dənizində zəlzələ baş verib.
ERtv Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu gün yerli vaxtla 12:02-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
3,2 maqnituda və 59 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.