Xəbərlər

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib
25 may, 2014 10:52

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilini ölkənin milli bayramı münasibətilə təbrik edib.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.