Arşavin 2030-cu ilədək aliment verəcək
26 may, 2014 10:52
Deyəsən “Zenit”in futbolçusu vətəndaş nikahında olduğu həyat yoldaşı Yuliya Baranovskaya ilə nəhayət ki, ümumi dil tapa bilib.
ERtv “Sovetski Sport”a istinadən xəbər verir ki, Andrey Arşavin əmək haqqının yarısını aliment qismində ödəməyə razılıq verib. Razılaşmaya görə, ödəniş 2012-ci ilin iyun ayından hesablanaraq 2030-cu ilədək davam edəcək. Bundan əlavə, futbolçunun Londondakı evi və avtomobili Baranovskayanın sərəncamına keçib.
Qeyd edək ki, Arşavinin Baranovskaya ilə nikahdan iki oğlu, bir qızı var.