Litva yeni prezident seçdi
26 may, 2014 10:47
Litvada keçirilən prezident seçkilərinin ikinci turundan sonra Dalya Qribauskayte yenidən qalib gəlib.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin seçki komissiyası məlumat yayıb.
Ilkin məlumatlara görə, Qribauskayte seçicilərin 57%-nin səsini toplayıb.
“Litvalılara mənə göstərdikləri etimada görə minnətdarlığımı bildirirəm. Ölkənin rifahı üçün görüləcək çox işlər var”,- deyə Litvanın yeni prezidenti bildirib.