Santa-Barbarada dəhşət
24 may, 2014 11:19
ABŞ-da bir nəfər tüfənglə 6 nəfəri öldürüb, 7-sini yaralayıb
ABŞ-da Santa Barbara şəhərində avtomobili ilə hərəkət edən vətəndaş atəş açaraq 6 nəfəri öldürüb, daha sonra isə həmin silahla özünü vuraraq intihar edib.
ERtv APA-ya istinadən xəbər verir ki, polis Kaliforniya Universiteti yaxınlığında baş verən hadisə zamanı həmçinin 7 nəfərin yaralandığını açıqlayıb.
Santa Barbaranın polis rəisi Bill Broun keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda olayla bağlı əldə edilmiş videogörüntülər araşdırılır. O, bütün sübutların olayın öncədən planlaşdırılmış qorxunc kütləvi qətliam olduğunu göstərdiyini söyləyib.