Xəbərlər

Azərbaycan qaz satışını 32% artırıb
24 may, 2014 11:18

Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi yanvar-aprel aylarında 2 milyon 238 min 870 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq 2 milyon 297 min 559 ton neft hasil edib.

ERtv İstehsalat Birliyinə istinadən xəbər verir ki, plan 102,6 faiz ödənilib. Neft təhvili planı isə 102,4 faiz yerinə yetirilib ki, 2 milyon 228 min 165 tona qarşı 2 milyon 281 min 379 ton neft təhvil verilib.

Yanvar-aprel aylarında İB-də plan üzrə 2 018 660 min kubmetr təbii qazın hasil olunması nəzərdə tutulduğu halda, bu rəqəm 2 975 508 min kubmetrə bərabər olub. Plan 117,7 faiz yerinə yetirilib.

 Qaz satışı planına isə 132,6 faiz əməl edilib. Bu müddətdə 1 710 300 min kubmetr təbii qazın satışı nəzərdə tutulduğu halda, faktiki olaraq 2 267 577 min kubmetr “mavi yanacaq” satışı həyata keçirilib.

Ötən dövrdə 1118 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 1566 quyuda texniki tədbir görülüb. Nəticədə 15 min 117 tona qarşı, 19 min 808 ton əlavə neft çıxarılıb.

İlin ötən dörd ayında 229 geoloji tədbirə qarşı, 254 quyuda geoloji tədbir görülüb.

Nəticədə 29 min 79 ton neft hasilatı planlaşdırıldığı halda, faktiki olaraq bu rəqəm 44 min 763 tona bərabər olub.

Hazırda İB-nin ümumi istismar quyu fondu 3 min 635-ə bərabərdir. Onlardan 3 min 197-si fəaliyyətdə olan quyu fonduna, 422-si fəaliyyətsiz fonda daxildir. On altı quyu isə mənimsəmədədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.