Xəbərlər

“Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı
23 may, 2014 22:17

“Bakcell” şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatıb.

Şirkətdən ERtv-yə verilən məlumata görə, bu seçimdən müvəffəqiyyətlə keçən 32 nəfər uşaq (Bakı-10 nəfər, Gəncə-9 nəfər, Qax-3 nəfər, Sumqayıt-7 nəfər, Tovuz-3 nəfər) “Mançester Yunayted” Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək Bakı Peşəkar Futbol Klubunun bazasında keçiriləcək təlimlərdə iştirak edəcək.

Yay futbol məktəbində yüksək nəticələr nümayiş etdirən 5 uşaq isə Mançesterə səfərə yollanacaq.

Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilib. Seçim zamanı daha çox uşaqların texniki xüsusiyyətlərinə diqqət yetirilib.

Keçən il Mançesterdə təlim keçmiş Əliyev Xəyal, Məhərrəmli Samir və Abdurrahmanov Zeynəddin bu il də seçim turlarında yüksək nəticələr nümayiş etdirərək qalib olublar.

Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.