Xəbərlər

Dövlət Musiqili Teatrı qastrol səfərindən qayıdıb
23 may, 2014 22:16

Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərindən qayıdıb.

Xatırladaq ki, teatrın repertuarında olan “Hərənin öz ulduzu”( Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası mayın 21-də Masallı, 22-də isə Biləsuvar şəhərlərində göstərilib.
   
Əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayırlar.  
   
Səfər haqda təəssüratları teatrın yaradıcı və texniki heyətinin öz dilindən eşitməyi lazım bildik:
   
Teatrın baş inzibatçısı Sücəddin Şadıyev: “Kollektivimiz həm Masallı və Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, həm də şəhər əhalisi tərəfindən yüksək səviyyədə qarşılandı. Tamaşalara müəllimlər, yuxarı sinif  şagirdləri, ziyalılar xüsusilə maraq göstərirdi. Nümayişin sonunda insanlar belə səfərlərin mütəmadi olması istəklərini bildirdilər. Seyrçilər arasında aktyorlarımızla foto çəkdirənlər, imzalarını alanlar da oldu”.
   
Əməkdar artist Novruz Qartal: “Səfərdən böyük məmnunluq hissi yaşadım. İnsanların həqiqətən də gülüşə, teatra ehtiyacları olduqlarını gördük. Düşünürəm, belə səfərlər tez-tez təşkil edilməlidir. Həm teatra axın olar, həm də tamaşaçılar sevdikləri aktyorları canlı görmək imkanı qazanarlar. Yeri gəlmişkən, səfəri təşkil edən insanların da əməyi yüksək dəyərləndirilməlidir”.
   
Aktrisa Gülcahan Salamova: “Bu, mənim bölgələrə ənənəvi səfərim idi. Yəni, daha öncələr də olmuşam qastrol səfərlərində. Masallı və Biləsuvardan da xoş təssüratlarla qayıtdım. İnsanların üzündə təbəssüm yarada bildiksə, ürəklərini xoşhal etdiksə, nə mutlu bizə”.   
   
Teatr rəhbərliyi isə öz növbəsində həmin rayonların icra başçıları – Rafil Hüseynova və Mahir Quliyevə, qastrolun yüksək səviyyədə təşkili üçün minnətdarlıq məktubu göndərib.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.