Uşaq evində qalmaqal: oğlanlar qızları zorlayıblar
23 may, 2014 22:14
Prikamyedəki uşaq evlərindən birinin beş oğlan şagirdi qrup şəkilində zorlamaya görə mühakimə olunacaq.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, 14-17 yaşlarında olan oğlanlar eyni müəssisədə qalan yetkinlik yaşına çatmamış iki qıza qarşı seksual xarakterli hərəkətlər ediblər.
Rusiya İstintaq Komitəsinin Perm vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, cinayət 2012-ci ilin payızından 2013-cü ilin oktyabrınadək davam edib.
Faktla bağlı 70-dən çox şahid dindirilib, 9 məhkəmə ekspertizası aparılıb.
Uşaq evinin direktoru vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi başlanıb.