“Qalmaz” yatağında yeni quyu istismara verilib
23 may, 2014 22:11
“Qalmaz” yatağındakı 630 nömrəli quyu qazmadan sonra istismara verilib.
ERtv Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın II horizontuna qazılıb.
Quyuya sutkalıq 240000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.