Kannda ajiotaj: Azərbaycan Ukraynanın köməyinə gəldi
22 may, 2014 18:55
Sayca 67-ci Kann kinofestivalında Ukrayna inqilabından bəhs edən “Maydan” və “Tayfa” filmlərinin nümayişi ajiotaj yaradıb.
ERtv UNİAN-a istinadən xəbər verir ki, filmlərə maraq o qədər böyük olub ki, sonda Ukrayna pavilyonu Azərbaycanın hesabına genişləndirilib.
“Biz Azərbaycanla meydançalarımızı birləşdirdik. Onlar bizə dedilər ki, “bizim ərazimizi öz əraziniz bilin”, - deyə Ukrayna pavilyonun əlaqələndiricisiAleksandr Mıkolışın bildirib.