Xəbərlər

Azərbaycan Müəllimlər İnstitutu III Beynəlxalq Elmi konfrans keçirəcək
21 may, 2014 10:27

Azərbaycan Müəllimlər İnstitutu mayın 22-24-də “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda III Beynəlxalq Elmi konfrans keçirəcək.

ERtv xəbər verir ki, konfransın əsas məqsədi müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərinə dair dialoqların və təcrübə mübadiləsinin aparılmasıdır.

Konfransda müəllim hazırlığı ilə bağlı yeni layihələr və innovativ xarakterli məqalələr təqdim etmiş tədqiqatçılar, müəllimlər və təhsil sistemi ilə yaxından maraqlanan yerli və xarici mütəxəssislər iştirak edəcəklər.

Konfransın əsas müzakirə istiqamətləri:

1.     Təhsilin inkişafina dair dövlət strategiyası və müəllim hazırlığının aktual problemləri.

2.     Müəllim hazırlığında psixoloji aspektlər və inklüziv təhsil.

3.     Təhsil və tərbiyə sistemlərinin səmərəli təşkili yolları.

4.     Müəllim hazırlığında innovasiyalar. Müasir təlim texnologiyalarindan istifadə.

5.     Müəllim hazırlığının müxtəlif pillələrinin özünəməxsusluğu və qarşılıqlı əlaqəsi.

Konfransın işində iştirak etmək arzusunda olanlar nəzərdə tutulan məruzələrin tezislərini 01.03.2014-cü il tarixinə qədər müraciət forması ilə birlikdə konfransın elektron ünvanına göndəriblər. Müsbət rəy almış məqalələr konfransın proqramına daxil edilib və konfransın materialları kitab şəklində çap olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.