Xəbərlər

Təhsil Nazirliyi internatda şagirdin döyülməsi ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb
21 may, 2014 10:03

Təhsil Nazirliyi internat məktəbində şagirdin döyülməsi ilə bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.

Təhsil Nazirliyindən ERtv-yə verilən açıqlamada deyilir ki, mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun (KİV-də adı Mahir kimi verilmişdir) müəllim tərəfindən dubinka ilə döyülməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən yerində aparılmış araşdırma nəticəsində yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilib.

Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.

Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər.

Təhsil Nazirliyi hadisə barədə sifarişli və qərəzli informasiyanı yaymaqla ictimaiyyəti çaşdırmağa, bununla təhsil müəssisəsinin kollektivinin nüfuzuna xələl gətirməyə və tədris prosesinin normal ahəngini pozmağa yönəlmiş hərəkətləri qəti şəkildə pisləyir və buna yol vermiş şəxslər barəsində hüquqi çərçivədə müvafiq addımların atılması, o cümlədən araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.