Xəbərlər

Lyublyanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub
20 may, 2014 18:54

Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı ofisinin nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin Sloveniyadakı hərbi attaşesi Kamil Quliyev və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Qalib İsrafilov ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda apardığı mübarizəsindən, 1991-ci ildə müstəqilliyin bərpasından sonra respublikamızda gedən proseslərdən və əldə olunmuş nailiyyətlərdən danışıb.

Daha sonra Azərbaycan-Sloveniya arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyətə görə 10 nəfər Sloveniya vətəndaşına səfirliyin təltif diplomu verilib.

Tədbirin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqiçilərinin mahnılarını səsləndirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.