AŞPA sədrinin Azərbaycana səfər proqramı açıqlanıb
20 may, 2014 18:53
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) Azərbaycana səfər edəcək.
ERtv Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir ki, səfərdə məqsəd mayın 23-də Bakıda keçiriləcək AŞPA Daimi Komitəsinin iclasında iştirak etməkdir.
AŞPA sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Xanım Brassör mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, mayın 23-də isə baş naziri Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Mayın 23-də AŞPA sədrinin səfərin yekunlarına dair mətbuat konfransı gözlənilir.