Xəbərlər

Artur Rasi-zadə Braziliya Gömrük Xidmətinin rəisi ilə görüşüb
20 may, 2014 18:52

Bu gün Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikasının Gəlirlər üzrə Federal Agentliyi katibinin müavini, Gömrük Xidmətinin rəisi Ernani Çekkuçini qəbul edib.

ERtv Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbulda Azərbaycanla Latın Amerikası regionunda tərəfdaşımız olan Braziliya arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanaraq, bu səfərin iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyi bildirilib. Son illər ciddi iqtisadi uğurlar əldə edən müstəqil Azərbaycanla böyük sənaye potensialına malik Braziliya arasında qarşılıqlı faydalı əməkdaşlığın gömrük qurumları arasında da davam etdirilməsi mövcud potensialdan səmərəli istifadə və xarici ticarətin stimullaşdırılması baxımından müsbət dəyərləndirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunularkən, işğal altında qalan torpaqların tezliklə azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Qəbulda gömrük sahəsində hüquqi bazanın yaradılması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.