“Barselona”ya yeni baş məşqçi təyin olundu
20 may, 2014 18:50
Luis Enrike İspaniyanın “Barselona” klubuna baş məşqçi təyin olunub.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Katalon klubunun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb.
Luis Enrike 1996-2004-cü illərdə “Barselona”nın şərəfini qoruyub.
Şənbə günü Enrikenin İspaniyanın “Selta” klubunun baş məşqçisi postundan getdiyi məlum olub. Elə həmin gün “Barselona”nın baş məşqçisi Xerardo Martino vəzifəsindən istefa verib. Klub Martinonun dövründə mükafatsız qalıb. Çempionlar liqasının ¼ finalında “Atletiko”ya, ölkə kubokunun finalında isə paytaxt “Real”ına məğlub olan komanda ölkə çempionatda ikinci yeri tutub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı