Xəbərlər

“Mançester Yunayted” uğursuzluğa çarə axtarır: yeni baş məşqçi gəldi
20 may, 2014 18:49

“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən müəyyənləşdi.

ERtv xəbər verir ki, sezonu ciddi uğursuzluqla bitirən, hətta növbəti sezonda Çempionlar Liqasında olmayacaq Mançester təmsilçisi buna son qoymaq üçün yeni məşqçi ilə razılaşıb.

Klubun rəsmi saytından məlumat verilib ki, yeni mövsümdən komandanı Lui van Qal çalışdıracaq.

Hazırda Hollandiya yığmasında baş məşqçi vəzifəsini yerinə yetirən 62 yaşlı mütəxəssis “Mançester Yunayted”lə 3 illik müqavilə imzalayıb. O, Braziliyada keçiriləcək dünya çempionatından sonra “qırmızı şeytanlar”ın sükanı arxasına keçəcək. Van Qalın köməkçisi isə Rayan Giqqz olacaq.

Qeyd edək ki, mövsümün əvvəlində David Moyeslə anlaşan, lakin uğursuzluqdan sonra səbr kasası dolan klub rəhbərliyi sezon bitməmiş onunla yolları ayırmışdı. Premyer Liqanın son bir neçə matçı üçün isə klubun əfsanəvi oyunçusu Rayan Giqqz oynayan məşqçi kimi klubun sükanı arxasına keçmişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.