Xəbərlər

Azərbaycan kinosu 67-ci Beynəlxalq Kann festivalında
20 may, 2014 18:48

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan “Qısa metr” proqramında “Azərbaycanfilm” kinostudiyası ilə “Buta films” şirkətinin birgə çəkdikləri “Sonuncu” bədii filmi nümayiş etdiriləcək.

ERtv-nin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.

Festivalın “Rejissor ikihəftəliyi” poqramına Azərbaycanın “Torn” qisametrajlı filmi də daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.

Bundan əlavə, “Qisa filmlər guşəsi” adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur. Builki festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir.

Qeyd edək ki, may ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu fəaliyyət göstərir. Milli filmlərin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və şairlərlə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Azərbaycanın turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.