Xəbərlər

Şeyxin millət vəkili olan qudasının fikirləri etiraza səbəb oldu
20 may, 2014 18:45

Millət vəkili Hacı Qalib Salahzadə üzvü olduğu parlamentin Regional məsələlər komitəsinin sonuncu iclasında növbəti dəfə qalmaqla səbəb olan fikirlər səsləndirib.

ERtv xəbər verir ki, buna səbəb həmin  komitənin müzakirəsinə çıxarılan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna edilməsi təklif olunan dəyişiklik  olub.

Qeyd edək ki, iclasda dəyişiklik barədə  məlumat verən sözügedən komitənin sədri Arif  Rəhimzadəbildirib ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna 11.4-cü maddənin əlavə olunması təklif olunur, yəni,  bundan sonra  yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli opreatoru, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Həmçinin,  bələdiyyələr tərəfindən yerli  vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq bundan sonra qadağan olunacaq.

Adıçəkilən qanun layihəsinə təklif olunan dəyişiklik isə qeyd etdiyimiz kimi, millət vəkilinin sərt təpkisi, etirazı ilə qarşılanıb.

Millət vəkili qeyd edib ki, müzakirəyə təqdim olunan  qanunda əksini tapan  dəyişiklik  bələdiyyələrin məhvinə gətirib çıxaracaq.

“Düzdür, yerli vergilər və ödənişlərin bank, poçt vasitəsi ilə həyata keçirilməsinin müsbət tərəfi də ola bilər, amma bunun mənfi tərəfi müsbətindən daha çoxdur və daha çox olacaq.  Bələdiyyə üzvləri qapı-qapı gəzib insanların, bağ sahiblərinin qapılarını bir-bir döyürlər, onlardan vergilərin, ödənişlərin  ödənilməsini istəyirlər. Ancaq heç kim onların üzünə qapılarını açmırlar, ödəniş etmirlər.

Belə olan halda, bələdiyyə üzvlərinə pul verməyən, vergi ödəməyən, ödəniş etməyən  adamlar, bağ sahibləri  bundan sonra özləri gedib banka, yaxud da, poçta pul keçirəcək, ödəniş edəcəklər? Bunu axı, necə təsəvvürünüzə gətirirsiniz? Axı, bələdiyyə üzvləri bunlardan pul ala bilmirlər, indi onlar necə gedib ödəniş edəcəklər?  Mən şəxsən bunu təsəvvürümə belə gətirmirəm.

Mən özüm daim bələdiyyələrlə birbaşa təmasda olan adamam və sizə real vəziyyəti danışıram. Yəni, birmənalı olaraq demək istəyirəm ki, bu dəyişiklik  bələdiyyələrin məhvinə gətirib çıxaracaq. Baxarsınız!”, - deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkilinin bu fikirləri öz növbəsində  komitə üzvlərinin, xüsusilə, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat  Fəzail İbrahimlinin etirazına səbəb olub.

“Biz sivil dünyaya inteqrasiyadan, qanunların aliliyindən danışırıq. O zaman dünyanın tətbiq etdiyi, yararlandığı təcrübədən, qanunvericilik təcrübəsindən mütləq yararlanmalı və ən mütərəqqi məqamları götürüb  öz qanunlarımızda əks etdirməliyik.

Necə yəni, ödəmirlər və ödəməyəcəklər? Ölkənin aidiyyatı qurumları, polisi var, həmin adamların canını çıxarıb qanuni  şəkildə onlara həmin vergini, pulu ödədəcəklər. Başqa cür ola da  bilməz” - deyə, F.İbrahimli vurğulayıb.

Digər millət vəkili Tahir Rzayev isə yerli vergilər və ödənişlərin həyata keçirilməsi, bu məsələdə şəffaflığın təmin olunması üçün bələdiyyələrin özünün  vergi orqanının yaradılmasının vacibliyini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.