Məşhur futbolçu Devid Behkem və Viktoriya Bekhemin 15 yaşındakı oğlanları Bruklin öz gündəlik xərcini çıxarmaq üçün kafedə işləyir.
ERtv-nin Türkiyənin Akşam qəzetinə istinadən verdiyi xəbərə görə, Londondakı evlərinin yaxınlığındakı bir kafedə çalışan Bruklin saatda 2,68 sterlin qazanır.
Bildirək ki, İngiltərə qanunlarına əsasən 18 yaşdan balacalar gündə ən çox 7 saat işləyə bilərlər.
Bekhemlərin böyük oğlunun bu hərəkətinə səbəb isə pulun və gərgin işləməyin önəmini öyrənmək və dəcəl böyüməməkdir. Hazırda Bekhem ailəsinin sərvəti 165 milyon sterlindən çoxdur.
Devid Bekhem daha əvvəl verdiyi reportajda, “Viktoriya və mən uşaqlarımıza örnək olmağa çalışırıq. Əlbəttə həyatımızda uşaqlarımız var və iş həyatı onlardan sonra gəlir. Ancaq çox işləmək və uşaqlara əməyin, işləməyin əhəmiyyətini, vacibliyini başa salmaq çox önəmlidir”, - deyə o bildirib.