Daha bir əfsanəvi idmançı dünyasını dəyişdi
19 may, 2014 10:13
Əfsanəvi idmançı, “Formula-1” yarışları üzrə üçqat çempion Cek Brebhem vəfat edib.
ERtv axar.az-a istinadən xəbər verir ki, Brebhem uzun sürən xəstəlikdən sonra Avstraliyada yaşadığı evdə 88 yaşında ölüb.
“Bu bizim üçün çox kədərli xəbər oldu. Mənim atam 88 yaşında vəfat etdi”, - deyə idmançının oğlu bildirib.
Qeyd edək ki, Bredhem F-1 yarışlarında ilk dəfə 1955-ci ildə çıxış etmişdi. 1959 və 60-cı ildə “Kuper” komandasının, 66-cı ildə isə özünün yaratdığı “Brebhem” komandasının tərkibində çempion olub.
Brebhem həmçinin, Britaniya imperiyasının ordeni ilə də təltif olunub.