Arda Turan tarixə düşdü
18 may, 2014 07:33
Madrid "Atletiko"sunun türkiyəli futbolçusu Arda Turan La Liqanın tarixinə düşüb.
ERtv xəbər verir ki, La Liqanın sonuncu turunda Madrid klubu səfərdə "Barselona" ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.
Bu nəticə ilə Dieqo Simeonenin komandası İspaniya çempionu olub. "Atletiko"nun türk yarımmüfaiəçisi A.Turan isə La Liqada Həmid Altıntop və Nuri Şahindən sonra çempionluq yaşamış üçüncü futbolçu kimi tarixə düşüb.