PSJ klubuna ağır cəza
17 may, 2014 19:55
UEFA Fransanın “Pari Sen-Jermen” klubunu ağır cəzalandıracaq.
ERtv xəbər verir ki, cəza klubun maliyyə fair-play qaydalarını pozması səbəbindən tətbiq ediləcək.
Qərara görə, PSJ 60 milyon avro cərimə ödəməlidir. Bundan əlavə, klub 2014/2015-ci illər mövsümündə Çempionlar Liqasında çıxışı zamanı ehtiyat oyunçular skamyasını xeyli məhdudlaşdırmalı olacaq.
Belə ki, digər klublar sifariş ərizəsində 25 oyunçu göstərdikləri halda, PSJ isə ərizəyə cəmi 21 futbolçunun adını daxil edə biləcək.