Bakıda sakinin başına su mühərriki düşüb
17 may, 2014 19:53
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ERtv Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini Məhərrəm Cabbarov həmyerlisi Fərhad Süleymanova məxsus bağ evinin ərazisindəki su quyusunda təmir işləri aparan zaman ehtiyatsızlıq nəticəsində su mühərriki başına düşüb.
O, aldığı xəsarətdən ölüb.