Xəbərlər

Neft məhsulları istehsalı 13 faizdən çox azalıb
17 may, 2014 19:49

Yanvar-aprel ayları ərzində neft məhsullarının istehsalı müəssisələri tərəfindən 778 mln. manat həcmində məhsul istehsal olunub.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalının 13,3 faiz azaldığını göstərir.

Statistikaya əsasən bu müddətdə 400,4 min ton avtomobil benzini, 205,8 min ton ağ neft, 695,4 min ton dizel yanacağı istehsal olunub. Və müvafiq olaraq bu məhsulların istehsalında 12 faiz, 11,6 faiz və 17,4 faiz azalma müşahidə edilib.

Qeyd edək ki, ümumiyyətlə, fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 11,0 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 2,0 faiz az sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma bölməsində, 20,8 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artmış, neft-qaz sektorunda isə 2,9 faiz azalıb.

Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 2,2 faiz azalıb. Dörd ay ərzində 14,1 milyon ton neft, 6,1 milyard kub metr əmtəəlik qaz hasil olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.