Xəbərlər

Azərbaycanda qızıl hasilatı artıb
17 may, 2014 19:48

Yanvar-aprel ayları ərzində Azərbaycanda 501,8 kq qızıl hasil olunub.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da qızıl hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artmasını göstərir.

Əksinə gümüş hasilatında isə azalma qeydə alınıb. Belə ki, bu müddətdə ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz az, yəni 147,7 kq gümüş hasil edilib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur.Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır. İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib. Bildirək ki, 2013-cü ildə ölkədə qızıl hasilatı 1 619,2 kq təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.