Xəbərlər

Nazirlik: Azərbaycanda 324 mindən artıq şəxs aylıq sosial müavinət alır
15 may, 2014 19:46

1 aprel tarixinə əsasən Azərbaycanda 13 334 nəfər yaşa görə, 121 856 nəfər əlilliyə görə, 39 342 nəfər ailə başçısını itirməyə görə, 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır.

ERtv-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmçinin müharibə veteranı  və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49 476 nəfər hər ay sosial müavinətlə təmin olunurlar.

Ümumilikdə ölkədə aylıq sosial müavinət alanların sayı qeyd olunan tarixə 324 122 nəfərdir. Eyni zamanda, bu ilin ilk rübündə 34171 nəfərə, o cümlədən  28470 ailəyə uşağın doğulmasına görə, 4114 nəfər radiasiya qəzası nəticəsində zərərə çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.

Ölkədə sosial müavinətlərin orta aylıq məbləği ötən ilin 1 aprel tarixinə olan göstərici ilə müqayisədə 10 faiz artıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı ilə  əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində müavinət cari il aprelin əvvəlindən 22 faiz artırılıb.

Dövlət başçısının 2014-cü il 17 mart tarixli Fərmanına əsasən isə əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və  Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara hər ay aldıqları 67 manat sosial müavinətlə yanaşı, cari ilin aprel ayının 1-dən etibarən ayda 60 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü də ödənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.