Avropanın 2-ci dərəcəli kuboku bu gecə sahibini tapacaq
14 may, 2014 16:23
Bu gecə UEFA Avropa Liqasında 2013/14 mövsümünün qalibi məlum olacaq.
ERtv xəbər verir ki, İtaliyanın Turin şəhərində baş tutacaq final matçında İspaniyanın “Sevilya” və Portuqaliyanın “Benfika” klubları üz-üzə gələcək.
İlk dəfə 1957-ci ildə Çempionlar Kubokunun finalında üz-üzə gələn rəqiblərin duelindən ispanlar qalib ayrılmışdı.
“Benfika” bu axşam həm revanşı almaq, həm də son illərdəki uğurlu çıxışını kubokla mükafatlandırmaq niyyətindədir.
Böyük maraqla gözlənilən matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
UEFA Avropa Liqası, final
23:45 “Sevilya” (İspaniya) – “Benfika” (Portuqaliya)