Prezident İlham Əliyev Hacıbala Abutalıbovu təltif etdi
13 may, 2014 21:54
Azərbaycan Prezidenti İlham Əliyev Hacıbala Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala İbrahim oğlu Abutalıbov “Şərəf” ordeni ilə təltif edilsin”.