Xəbərlər

Azərbaycan səfirliyi “Çırpınırdı Qara dəniz”in erməni mahnısı kimi təqdim olunmasına etiraz edib
13 may, 2014 21:51

Azərbaycanın Türkiyədəki səfirliyi “Sabah” qəzetinin 6 may tarixli sayında dərc olunmuş “Çırpınırdı Qara dəniz” mahnısının erməni əsilli Sayat Nova adlı xalq ozanına məxsus olduğuna dair xəbərə etiraz edib.

ERtv-yə ölkəmizin Türkiyədəki səfirliyindən verilən məlumata görə, səfirliyin açıqlamasında həmin xəbərdə qərəzli fikrin irəli sürüldüyü vurğulanıb.

Xəbərdə həmçinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında kitab nəşr etmə planından da bəhs olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Müəllif  Hüquqları Agentliyindən əldə etdiyi məlumatlara əsasən, məsələ ilə bağlı olaraq 6 may tarixində “Sabah” qəzetinin redaktoru Erdal Şafaka və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətləri ünvanlanıb.

Səfirlik ayrıca olaraq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin verdiyi məlumatlara əsasən cari ilin 9 may tarixində məsələ ilə bağlı KİV-ə bəyanat da verib. Türkiyənin müxtəlif mətbuat orqanlarında səfirliyin sözügedən bəyanatı yayımlanıb.

Səfirlikdən bildiriblər ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında nəşr etməyi planladığı qeyd olunan kitab səfirliyin diqqət mərkəzindədir.    

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.